“Microsoft” korporasiyası “şifrəsiz” funksiyalı “Windows 10”-u təqdim etdi. Hal-hazırda onun “Insider Preview” versiyası test edənlər üçün buraxılıb.
İnsider.az bildirir ki, bu barədə şirkətin bloqunda qeyd olunur.
Gözlənilir ki, yeni versiya növbəti iri yenilənmə ilə əlçatan olacaq. Çox güman, bu, 2020-ci ildə baş tutacaq.
Hazırda “Windows”-a giriş üçün “Microsoft” hesabına olan şifrədən istifadə etməyin mümkün olduğu məlumdur. Lakin şirkətin işçilərinin fikrincə, bu, heç də etibarlı müdafiə üsulu deyil, çünki şifrəni oğurlamaq elə də çətin deyil.
Şifrə əvəzinə, əgər belə funksiyalar noutbuk tərəfindən dəstəklənirsə, PIN-kod və ya barmaq izləri və üzün skanerindən istifadə etmək olar.
Həmçinin bidirilir ki, əvvəlcə “şifrəsiz” opsiya ayarlarda əlçatan olacaq və onun quraşdırılması istəyə görə olacaq. Lakin böyük ehtimal var ki, gələcəkdə bu funksiya məcburi olsun.
Samirə Məmmədova