microsoft-texminen-11-min-iscisini-ixtisar-ede-biler

"Microsoft təxminən 11 min işçisini ixtisar edə bilər"

"Microsoft” korporasiyası qlobal iqtisadiyyatın yavaşlaması fonunda təxminən 11 min işçisini ixtisar edə bilər.

Bu barədə çərşənbə axşamı  mənbəyə istinadən Sky News telekanalı məlumat yayıb.

Məlumata görə, 220 000-dən çox işçisi olan Microsoft, işçi qüvvəsinin təxminən 5% -ni (11 000 ) ixtisar etməyi düşünür. Eyni zamanda, Sky News qeyd edir ki, ixtisar olunan işçilərin mümkün sayı barədə rəqəm dəyişə bilər.

Kanal bildirir ki, işçilərin ixtisarı ilə bağlı məlumat Şirkətin Baş direktoru Satya Nadella-nın yanvarın 24-də investorlara şirkətin maliyyə göstəriciləri barədə məlumat verməsindən əvvəl bəyan ediləcək.

Artan inflyasiya və mümkün tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb olub. Bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da keçən il minlərlə insanı işdən çıxarmaq və ya yeni işə qəbula fasilə vermək qərarına gəlib. Bu şirkətlər arasında Meta və Amazon kimi texnologiya sektorunda aparıcı şirkətlərin olması da diqqət çəkir.

Marja