ABŞ-ın texnologiya şirkətləri Microsoft və Google-un ana şirkəti Alphabet-in xalis mənfəəti iyul-sentyabr dövründə azalıb.
İyul-sentyabr dövrünü maliyyə təqvimində birinci rüb kimi qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.
Şirkətin gəlirləri iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 50,1 milyard dollar təşkil edib. Microsoft 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlirlər əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə eyni dövrdə 14% azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,5 milyard dollar olmuşdu.
Microsoft-un səhm üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.
Alphabet-in maliyyə nəticələri gözləntiləri doğrultmayıb
Google-un ana şirkəti Alphabet də 2022-ci ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.
Alphabet-in ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 69,1 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin üçüncü rübündə gəliri 65,1 milyard dollar təşkil etmişdi.
Alphabet-in gəliri üçüncü rübdə bazarın gözləntilərindən aşağı olub, şirkətin gəlir artımı yavaşlamağa davam edib.
Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar təşkil edib. “Alphabet” ötən ilin üçüncü rübündə 18,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin iyul-sentyabr dövründə 1,40 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,06 dollara qədər azalıb.
Marja