“Microsoft” və “Sony” oyun konsolları bazarında rəqabət aparmalarına baxmayaraq, süni intellekt və oyun tərtibatları sahəsində müştərək layihələr barədə razılığa gəliblər.
İnsider.az-ın verdiyi məlumata görə, “Sony” öz oyun servisləri və kontent striminqi üçün “Microsoft Azure” buludunu istifadə edəcək. O, həmçinin “Microsoft”-un süni intellekt sahəsindəki tərtibatlarının istifadəsində maraqlıdır. Bu tərtibatlar istifadəçilər üçün intuitiv şəkildə anlaşılan və rahat olan süni intellektlə qarşılıqlı təsir təcrübəsini təmin etməyə imkan verəcək.
“Microsoft”-u isə “Sony”-nin təsvir tutma sahəsindəki tərtibatları maraqlandırır. Onlar müştərək olaraq təsvirlərin tanımasına görə cavab verən yeni mikrosxemlər tərtib etməyi planlaşdırırlar. Mikrosxemlərin tətbiq sahəsini isə partnyorlar, hələ ki, açıqlamır.
Şəriklər oyun tərtibatçıları üçün yeni alətlər buraxmağı da planlaşdırır.
Qeyd edək ki, “Sony” “PlayStation” oyun konsollarını, “Microsoft” isə “Xbox”-u istehsal edir.
Samirə Məmmədova