“Microsoft” şirkəti istifadəçilərin razılığı olmadan köhnəlmiş “Windows 10” əməliyyat sistemini yeniləmək niyyətindədir.
İnsider.az xəbər verir ki, bu barədə “Windowslatest” məlumat yayıb.
Söhbət 2019-cu ilin may ayında çıxan və kod nömrəsi 1903 olan “Windows 10” əməliyyat sistemlərindən gedir. Hazırda kompüterlərin 20 %-i bu əməliyyat sistemi ilə işləyir, sistemin dəstəklənməsinin son tarixi isə dekabrın 5-də bitir.
“Microsoft” kompüterləri avtomatik olaraq 1909 versiyasını yeniləməyə qərar verib. “Windows 10 Home” istifadəçiləri üçün yeniləmə qaçılmaz olacaq, amma “Pro” versiyasında yeniləmə xidmətini sadəcə söndürmək olar. “Windows 10 Enterprise” və “Education” əməliyyat sistemli kompüterlər daha iki il dəstəklənəcək.