Proqramçılar üçün keçirilən “Build 2019” konfransında “Microsoft” korporasiyası “4.19” nüvəsinin sabit uzunmüddətli versiyasına əsaslanan bütöv şəkildə quraşdırılmış “Linux” nüvəsi olan öz fərdi “Windows Subsystem for Linux 2” (WSL 2) altsistemini təqdim edib.
İnsider.az-ın məlumatına görə, şirkət hesab edir ki, bu, “Windows”-da Linux-altsisteminin səmərəliliyini əhəmiyyətli şəkildə artıracaq. O, “Windows Update” üzərindən yenilənəcək, həmçinin ayrı distributiv şəklində üzə çıxacaq.
“Microsoft”-un fikrincə, "Linux” nüvəsi, yükləmə vaxtının azalması, Docker-konteynerlərin birbaşa “Windows”-dan işə salınması mümkünatı, “Linux”-tətbiqləri, fayl altsistemi daxil, bütün altsistemin işini sürətləndirəcək. Bəzi komandalarda, məsələn, “git clone” və “cmake”-də “WSL 2” altsistemi ilk versiyadan 2-5 dəfə tez işləyir.
Nüvə tamamilə açıq olacaq. “Microsoft” onunla işləmək və nüvənin fərdi versiyalarının yaradılması üçün zərri olan təlimatarı “GitHub”-da yerləşdirəcək.
Bundan əlavə, “Microsoft” “Windows Terminal”-ın anonsunu verib. Bu, “Windows”-da komanda sətri ilə iş üçün yeni tətbiqdir. O, “PowerShell”, “Cmd” və “WSL” kimi mühitlərə mərkəzləşdirilmiş giriş üçün nəzərdə tutulub. Yeni tətbiq qoşmaları, yarlıkları, smyalikləri, mövzuları, genişlənmələri və mətnin GPU-renderinqini dəstəkləyir.
Samirə Məmmədova