mida-dan-2-sirkete-2-7-milyon-manatliq-sifaris

“MİDA”dan 2 şirkətə 2,7 milyon manatlıq sifariş

Mənzil İnşaatı Dövlət Agentliyinə tabe olan “MİDA” MMC Gəncə şəhərində yaşayış kompleksinin tikintisi çərçivəsində daha 2 tenderi yekunlaşdırıb.

İnsider.az xəbər verir ki, qalib şirkətlər “İnşaat” İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi və “11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-dir.

“MİDA” MMC “İnşaat” İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi ilə məbləği 1 milyon 117 min 749 manat olan müqavilə imzalayıb. Müqavilə Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin qurulmasını nəzərdə tutur.

“MİDA” MMC və “11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” ilə 1 milyon 588 min 247 manatlıq müqavilə imzalayıb. Müqavilə Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma işlərini nəzərdə tutur.

Marja