millet-vekili-adam-taniyiram-ki-bes-partiyanin-uzvudur

Millət vəkili: Adam tanıyıram ki, beş partiyanın üzvüdür

“Mən adam tanıyıram ki, cibində beş partiyanın üzvlük vəsiqəsini gəzdirir. Yəni eyni anda 5 partiyanın üzvüdür”. 

Bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib. 

“Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Gah YAP-ın tədbirində görürsən, gah da digərinin tədbirində görürsən”, - deyə Elşən Musayev əlavə edib. 

Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır:

“Reyestrlə bilinəcək ki, hansı partiyanın nə qədər üzvü var. Partiyalar özlərinə hörmət etməlidirlər”, - deyə Elşən Musayev bildirib. 

Oxu.Az