"Mən, Avropa Şurasının digər üzv dövləti olan Ermənistan tərəfindən 30 il müddətində işğal, etnik təmizləmə və təcavüzə məruz qalmış ölkəni, Azərbaycanı təmsil edirəm. Avropa və onun institutları bütün bunlara şahidlik etdi və heç bir müdaxilə göstərmədi.
Lakin, indi bu barədə danışmaq niyyətində deyiləm.
Mən sülhdən bəhs etmək istəyirəm. Azərbaycan-Ermənistan mövqeyində aşkar hərbi üstünlüyə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, davamlı sülhün və əmin-amanlığın bərqərar olmasına hazırdır. Bu sülh yalnız iki ölkənin deyil, Cənub- Şərqi Avropa regionunda sabitliyin və firavanlığın bərpa olmasına xidmət edə bilər. Bu yeni iqtisadi və tranzit imkanları, hamımız üçün daha təhlükəsiz Avropa deməkdir.
Çox şadam ki, bu məsələdə Avropa ölkələri tərəfindən dəstəkləyici addımlar müşahidə olunur. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Baş nazirinin və Avropa Şurası sədrinin Brüsseldə baş tutmuş sonuncu görüşü zamanı fikir mübadiləsi və müsbət abu havanı hiss etdik.
Hörmətli həmkarlar,
Azərbaycan-Ermənistan dövlətləri arasında sülh razılaşmasının tərkib hissəsi olaraq, sadə və məqsədyönümlü 5 baza prinsipi Azərbaycan tərəfindən təqdim olunmuşdur. Digər prinsiplərlə yanaşı, burada qarşı dövlətlərin ərazi bütövlüyünün tanınması, həmçinin, ərazi iddialarına son qoyulmasını təsdiq edən müddəalar əks olunur. Baş nazir Paşinyanın bu ideya ətrafında qərarsızlıq nümayiş etdirməsinə baxmayaraq, biz bu sənədin reallaşması istiqamətində səylərimizi davam etdiririk. Belə bir mövqenin səbəbi mənim üçün aydındır. Ermənistan konstitusiyası qonşu dövlətlərə ərazi iddiaları üzərində qurulub. Ermənistanın müasir siyasi sistemi etnik üstünlük və ekspansionizm mifindən ibarətdir. Dənizdən –dənizə, məlum olmayan erməni imperiyasının yenidən qurulması, köhnədən qalan qisasın alınması bu siyasətin tərkib hissəsidir. Lakin, bu yolun sonu yoxdur.
Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyulması haqqında üçtərəfli bəyənatın imzalanmasından il yarım keçir. Təəssüf ki, hərbi erməni qruplarının qalıqları hələ də Qarabağ torpağında qalmaqdadır. Əgər Ermənistan sülhə niyyətlidirsə, bunu nümayiş etməyin çox asan yolu vardır- Azərbaycan ərazisindən sessesiyaçı və seperatçı qruplara birbaşa və dolayı dəstəyi dayandırmaq. Bununla bağlı, açıq bəyanatı sizdən gözləyirik.
Biz Azərbaycan sülhə hazırıq, sualım Ermənistan tərəfinədir, siz buna hazırsınızmı? Artıq qərar vermək zamanıdır və bu dəfə Avropa öz gələcəyi naminə bu işdə daha fəal olmalıdır!"