“Azərbaycan Ordusu çox şərəfli, məsuliyyətli iş görür. Azərbaycan Ordusu daim hazırlıqlıdır və ayıqdır”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyar Sadıqov deyib. Millət vəkili Azərbaycanda sosial şəbəkələrdə hərbçilərin fəaliyyətindən də söz açıb.
“Bəzi hərbçilərimiz əməliyyatlar zamanı əllərində telefon çəkilişlər edirlər. Bu, bəzən düşmənə koordinat da ötürür. Təklif edirəm ki, hərbi əməliyyatlara gedən, postlara gedən hərbçilərin üzərində heç bir telefon vasitəsi, çəkiliş aparatı olmasın”, - deyə o əlavə edib.
Deputat qeyd edib ki, hərbi qanunvericiliyə dəyişiklik olunmalı və hərbçilərin telefonlardan istifadəsinə məhdudiyyətlər qoyulmalıdır.
Komitə sədri Ziyafət Əsgərov bu mövzu ilə bağlı güc strukturları ilə müzakirə aparıldığını deyib.
Oxu.Az