milli-depozit-merkezi-elektron-sened-dovriyyesi-sistemi-yaratmaq-isteyir

Milli Depozit Mərkəzi elektron sənəd dövriyyəsi sistemi yaratmaq istəyir

Milli Depozit Mərkəzi ((MDM) insan resursları və elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması, eləcə də veb-saytının yenilənməsi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 12-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 22-sı, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyulun 23-də, saat 15:00-da Portalda açıqlanacaq.