Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İnsider.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Bunlar “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və. s qanunlara dəyişiklik layihələridir.