“Milli Məclisdə struktur islahatları davam etdirilir”.
İnsider.az xəbər verir ki, bunu Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.
O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb:
“Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.
M.Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.
APA