milli-meclis-herbi-veziyyet-elan-edilmesi-ile-bagli-senedi-qebul-etdi

Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı sənədi qəbul etdi

Milli Məclisdə keçirilən müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiqlənib.

İnsider.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilir.

Qeyd edək ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.