“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.
Dəyişikliklə Milli Məclis sədrinin maaşı 2475 manatdan 3550 manata qaldırılıb.
Dəyişikliyə əsasən, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
Prezident.az