Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər.
Sənəd barədə toplantı iştirakçılarına komitə sədri Tahir Mirkişili məlumat verir.
Report