Milli Məclisdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adının əbədiləşdirilməsi təklif edilib.
Bu təkliflə qanunverici orqanın bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.
O deyib ki, bununla bağlı müxtəlif təkliflər irəli sürülüb: “Xahiş edirəm ki, bu təkliflər nəzərə alınsın”.
Deputat həmçinin Nazirlər Kabinetinin şəhid adının əbədiləşdiriləmsi ilə bağlı qərarına yenidən baxılmasını təklif edib: “Həmin qərarda şəhid adının əbədiləşdirilməsi prosedurlara dəyişiklik edilməlidir”.