Azərbaycanda kölgə iqtisadiyyatının həcminin azalması, şəffaflığın stimullaşdırılması ilə bağlı qanunvericilik təkmilləşdirilir.
İnsider.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Yeni TV”nin efirində deyib.
Deputat qeyd edib ki, kölgə iqtisadiyyatının həcminin minimuma endirilməsi üçün qanunvericilik paketi Milli Məclisə daxil olacaq.
O, həmçinin maliyyə və əmlak amnistiyası ilə bağlı hazırlıqlar aparıldığını da diqqətə çatdırıb.
Oxu.Az