Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 19 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı haqqında.
2. “Turizm haqqında” qanun layihəsi (üçüncü oxunuş).
3. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
4. “Lotereyalar haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
5. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
6. Mülki Məcəlləyə dəyişiklik layihəsi (üçüncü oxunuş).
7. Cinayət Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
8. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
9. “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
10. “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
11. “Atçılıq haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
12. “Reklam haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
13. “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
14. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
15. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
17. Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi (üçüncü oxunuş).
18. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
19. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişiklik layihəsi (üçüncü oxunuş).
Report