Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.
İnsider.az xəbər veri ki, artıq yanvarın 15-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Bu gün - yanvarın 18-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.
İclasın gündəliyinə isə 2 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.
2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.
Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.