milli-meclisin-komite-sedri-onun-adindan-yayilan-aciqlamani-tekzib-etdi

Milli Məclisin komitə sədri onun adından yayılan açıqlamanı təkzib etdi

“Mən dövlət rüsumlarının dəyişdirilməsinin insanların həyatına mənfi təsir göstərməyəcəyinə dair fikir səsləndirməmişəm”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili belə açıqlama ilə çıxış edib.

O bildirib bəzi saytlarda, sosial şəbəkələrdə mənim adımdan bu cür formada yalan məlumatlar yayılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında belə bir fikir nə mən, nə də iclas iştirakçıları tərəfindən səsləndirilib. Əksinə, insanların gəlirlərinin artırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etmişik.

“Yayılan şayiələrə fikir verməməyin, qeyri-ciddi informasiyalara inanamamağı tövsiyə edirəm!

Özünü ciddi sayan media qurumlarını isə dəqiqləşdirmədən şayiə dolu informasiya yaymamağa çağırıram!”.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bir sıra rüsumlarının artırılması təklif olunur.