Milli Məclisin payız sessiyasının ilk plenar iclasının nə vaxt keçiriləcəyi müəyyənləşib.
İnsider.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.
Komitə iclaslarının keçirilməsinə isə sentyabrın 15-dən başlanılacaq.