milli-meclisin-sabahki-iclasi-texire-salindi

Milli Məclisin sabahkı iclası təxirə salındı

İyunun 21-də gün ərzində Milli Məclisin (MM) deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.

MM Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

Report