mimika-uzre-emosiyalarin-mueyyen-edilmesinde-yalnisliq-mumkundur-arasdirma

Mimika üzrə emosiyaların müəyyən edilməsində yalnışlıq mümkündür – araşdırma

İstifadəçi mimikası əsasında onların emosiyalarını müəyyən edən proqramların analitikası yanlış kontekst zamanı səhv ola bilər. İnsider.az Technology Review”-ya istinadla bildirir ki, araşdırma zamanı Amerikanın Psixoloji Elmlər Assosiasiyası tərəfindən yığılmış alimlər qrupu belə qənaətə gəlib.

Alimlər iki il ərzində emosiyaların müəyyən edilməsi üzrə mindən çox hesabatları təhlil ediblər. Tədqiqat həmmüəllifi psixoloq Liza Barrett xoşbəxtlik hissi və gülümsəmə arasındakı korrelyasiyanın kiçik olduğuna fikir verib – müxtəlif situasiyalarda təbəssüm acıqlı və ya ironiyalı ola bilər. Onun sözlərinə görə, hisslərin və emosiyaların nisbəti stereotiplər üzərində əsaslanıb, ona görə də bu yanaşmada texnologiyalar çox vaxt qeyri-dəqiq məlumatı təqdim edirlər.

Barrett emosiyaların müəyyən edilməsi üzrə öz üsulunu təklif edib. Texnologiya hisslərin qeyd edilməsilə ayrıca fotolarda deyil, müxtəlif situasiyalardakı mimika üzərində əsaslanmalıdır. Bunun üçün verilənlərin bir neçə növləri olmalıdır: poza və hadisənin kontekstindən tutmuş sinir sisteminin işləməsi barədə məlumata kimi aiddir. Bu, insanın müxtəlif situasiyalarda nəyi bildirdiyini müəyyən etməyə imkan verəcək.

Qeyd edək ki, istifadəçilərin mimika əsasında emosiyalarını müəyyən etmə texnologiyalarının tərtibatında müxtəlif şirkətlər iştirak edir — “Microsoft” və “Apple”-dan tutmuş dar ixtisaslanmış “Kairos” və “Affectiva”-ya qədər iştirak edir.

“Market Research Future”-in analitikasına görə, 2023-cü ilə bu bazarın həcmi 25 milyard dollara qədər artacaq. Bu texnologiya daha çox satış üçün və işə götürmə prossesində və ya sığorta ilə dələduzluğun aşkar edilməsi üçün istifadə olunur.

Samirə Məmmədova