Misirin hazırki prezidenti Əbdül-Fəttah əs-Sisi dövlət başında 2030-cu ilə kimi qala biləcək.
İnsider.az bildirir ki, bu barədə ümumxalq referendum nəticələri əsasında Mərkəzi Seçki Komissiyası bəyan edib.
Misirlilərin demək olar ki, 89%-i konstitusiyaya olan düzəlişləri dəstəkləyib. Onlara əsasən, prezident ardıcıl olaraq dörd dəfə dörd illik müddətə seçilmə hüququ əldə edib.
Hazırda qanun üzrə onun hakimiyyətdə qalması iki bu cür, yəni dörd illik müddətlə məhdudlaşdırılıb.
Yeni qaydalar da elə 3 üç il sonra keçiriləcək növbəti seçkilər qabağı qüvvəyə minəcək.
Samirə Məmmədova