mitsubishi-uc-zavodunda-istehsali-azaldacaq

Mitsubishi üç zavodunda istehsalı azaldacaq

Avtomobil istehsalçısı Mitsubishi, mühərrik və əyləc sistemlərində istifadə edilən çip tədarükü problemi səbəbilə Yaponiyada iki, Taylandda bir zavodunda istehsalı azaldacaq.

 "Kyodo" agentliyinin yaydığı məlumata görə, ağıllı telefon və 5G şəbəkə avadanlıqlarına aid çiplərə artan tələb ilə əlaqədar olaraq avtomobil istehsalçıları tədarük çətinliyi çəkməyə davam edirlər.

Hansı modellərin istehsalının azaldılacağı açıqlanmayıb.

Çip problemi səbəbilə bir çox avtomobil istehsalçıları istehsalı azaldıblar. 

Marja