moldovada-rusiya-saytlari-bloklanib

Moldovada Rusiya saytları bloklanıb

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti ölkədə 31 internet portalının bloklanması barədə göstəriş verib, onlardan 21-i birbaşa Rusiyadan idarə olunur.

Bu barədə xidmətin rəhbəri Aleksandru Mustyatse oktyabrın 30-da keçirdiyi brifinqdə bildirib.

Qadağan olunan saytlar arasında TASS, “İnterfaks”, “Moskovski Komsomolets”, “Komsomolskaya Pravda”, “İzvestiya”, “Lenta.ru”, RİA FAN, “Sputnik” və başqalarının adları çəkilir.

Oxu.Az