“Qardaş ölkələr olaraq Azərbaycanla həmrəylik nümayiş etdirməyimiz böyük önəm daşıyır”.
“CNN Türk”ün məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk-Qazax Universitetinin 2020-2021 akademik ilinin açılış mərasimində deyib.
“Türkiyə olaraq Azərbaycanın haqlı mübarizəsində həmişə yanında olduq, olmağa da davam edəcəyik”, - deyə M.Çavuşoğlu bildirib.
Oxu.Az