mozilla-abs-da-firefox-brauzerinin-vpn-testetmesini-ise-salib

“Mozilla” ABŞ-da “Firefox” brauzerinin VPN-testetməsini işə salıb

“Mozilla” ABŞ-da “Firefox” brauzerinin istifadəçiləri üçün öz VPN-genişlənməsinin test versiyasını işə salıb.

İnsider.az-ın məlumatına görə, bu barədə irkətin bloqunda deyilir.

Genişlənmə istifadəçilərin cihazlarını ümumi çıxışı olan “Wi-Fi”-ya qoşulduqda qorumağa, həmçinin reklamvericilərin izləyə bilməmələri üçün IP-ləri gizlətməyə çalışır. Genişlənməni digər ölkələrdə işə salmaq planları barədə “Mozilla” məlumat vermir.

Şirkət qeyd edir ki, onun genişlənməsi trafiki “Cloudflare” saytlarının mühafizəsi üçün servis təqdim edən özəl server üzərindən təkrar yönləndirir və şifrələyir.

Qeyd edək ki, 2019-cu ilin sentyabrında “Mozilla” “Firefox” istifadəçilərin hərəkətlərini izləyən kənar cookie-faylları avtomatik bloklamağa başlayıb. Şirkət bu yolla istifadəçiləri bezdirici reklamdan və onların verilənlərini üçüncü şəxslərə ötürülməsindən qorumağa çalışır.

Samirə Məmmədova