mozilla-dan-yenilik

“Mozilla”-dan yenilik

“Mozilla” “Track THIS" alətini təqdim edib. Alət alqoritmləri aldatmağa və istifadəçinin brauzerindəki reklamın onun axtarış tarixçəsi ilə əlaqəsiz olmasına imkan verir. İnsider.az bu barədə “Forbes”-ə istinadla xəbər verir.

Alqoritmlər istifadəçinin hansı səhifələri ziyarət etməsindən nəticə çıxararaq, onun müəyyən auditoriyaya mənsubiyyətini təyin edir. “Track THIS” aləti isə brauzerdə dərhal 100 əlavə səhifə açaraq, alqoritmləri çaşdırmağa çalışır.

Aləti istifadə edənlər hələ də reklam görəcəklər. “Firefox” dörd “alter-eqodan” birini seçməyi təklif edir: “Haypbist”, “Ədəbsizcə varlı”, “Dünyanın sonu” və “Rəylərin lideri”. Bundan isə açıq saytların və reklamın məzmunu asılı olacaq.

İstifadədən qabaq “Firefox” bütün vacib əlavə səhifələri saxlamağı tövsiyə edir. “Track THIS” “Chrome”, “Safari”, “Firefox” və “Edge”-də çalışır və mobil tətbiqlər üçün optimallaşdırılmayıb.

Samirə Məmmədova