Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.
İnsider.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
MSK sədrinin müavini Rövsət Qasımov deyib ki, təşkilat 118 dairə üzrə 1080 dairədə “exit-poll” keçirəcək.
Onun sözlərinə görə, təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib və 1080 müsahidəçi prosesə cəlb olunub.
MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.
MSK-nın iclasında həmçinin “İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə “exit-poll” keçirəcək təşkilat kimi qeydə alınıb.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Oxu.Az