"Prezident seçkisində on mindən çox müşahidəçi və beynəlxalq nümayəndə olub. Bu dəfə də həmin dəvətlər hazırlanır".
Bunun Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, MSK müşahidəçilərlə bağlı göstəricilərin əvvəlki illərdən az olmamasına çalışacaq.
"Veb-kameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradançıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır", - deyə M.Pənahov qeyd edib.
Oxu.Az