muharibelerin-esas-sebebleri-aciqlandi

Müharibələrin əsas səbəbləri açıqlandı

Müasir dövrdə dünyada insan tələfatına, həmçinin infrastrukturun məhvinə və iqtisadi itkilərə gətirib çıxaran bir sıra silahlı qarşıdurmalar baş verir.

Bir qayda olaraq, müharibə fərqli ölkələr arasında aparılır, lakin bir ölkə daxilində gedən müharibələr də olur.

Tarix boyu müxtəlif dövlətlərin ərazilərində müharibələr olub, ancaq hazırda texnologiya inkişafı elə bir səviyyəyə çatıb ki, müharibə tarixdə ən iri miqyaslı insan və iqtisadi itkiyə gətirib çıxarır.

Lakin müharibəyə nələr səbəb olar bilər?

İnsider.az silahlı qarşıdurma ilə nəticələnən 8 əsas səbəbi təqdim edir.

1. İqtisadi mənfəət

Çox vaxt müharibələr bir ölkənin digərinin sərvətlərinə sahib olmaq istədiyi zamanı baş verir.

Başqa səbəblər də ola bilər, lakin nə cür olur olsun, bütün müharibələrdə həmişə iqtisadi maraq iştirak edir, hətta konflikt tərəfləri digər, daha ali səbəblərdən danışsalar belə.

Əvvəllər müharibə zamanı insanlar qızıl və gümüş kimi qiymətli resurslara, həmçinin mal-qaraya sahib olmaq üçün mübarizə aparırdılar.

Müasir dünyada insanlar digər resurslara – sənayedə istifadə olunan neft, minerallar və sair materiallara görə mübarizə aparırlar.

Bəzi alimlər hesab edir ki, planetin əhalisi artır, bununla bağlı olaraq resurs çatışmazlığı hiss olunur, bu səbəbdən də onlar gələcəkdə daha çox müharibə proqnoz edirlər.

Bu müharibələr ən zəruri resurslara – suya və qida məhsullarına görə aparılacaq.

Bu cür müharibəyə nümunə kimi alimlər İngiltərənin qiymətli resurslara sahib olan Hindistanı öz müstəmləkəsinə çevirməsi ilə nəticələnən 1766-1849-cu illərdəki İngiltərə-Hindistan müharibələrini gətirirlər.

2. Yeni ərazilərin birləşdirilməsi

Ölkə yaşam məkanını artırmaq üçün, kənd təsərrüfatı və ya digər hansısa məqsədlərə görə ona yeni ərazilərin lazım olduğuna qərar verə bilər.

Ərazilər həmçinin iki düşmənçilik edən ölkələr arasında bufer zonaları ola bilər.

Bufer zonaların ətrafında da həmçinin birbaşa olmayan müharibə aparılır. Belə müharibə birbaşa düşmənçilik edən dövlətlər arasında yox, düşmənçilik edən və üçüncü tərəf arasında gedir.

Hər ölkə maraqlarına ən çox uyğun gələm amildən asılı olaraq, opponentlərdən birini dəstəkləyir.

Belə müharibələr tez-tez “soyuq müharibə” zamanı gedirdi.

İsrail və ərəb ölkələri arasında getmiş “Altı günlük müharibə”ni də buna nümunə kimi gətirirlər.

3. Din

Dini münaqişələrin adətən çox dərin kökləri olur. Münaqişələr uzun müddət mövcud olur, lakin konflikt gözlənilmədən və güclü şəkildə alovlanır.

Dini müharibələrin həmçinin millətçilik və ya qisas kimi digər səbəbləri də ola bilər.

Qeyd olunur ki, dini müharibələr həm müxtəlif konfessiyaların nümayəndələri arasında (məsələn, xaç yürüşləri), həm bir konfessiyanın daxilində (məsələn, sünnilər və şiələr) baş verə bilər.

4. Millətçilik

Millətçilik sənin ölkənin digərindən, xüsusilə güc vasitəsilə, yaxşı olduğunu sübut etmək cəhdidir. Çox vaxt bu, zorla daxilolma ilə bağlı olur.

Londonun Kral kolleci yanında beynəlxalq siyasət nəzəriyyəsi sahəsinin professoru olan doktor Riçard Ned Lebov hesab edir ki, təhlükəsizlik dövlətlərin əsas hərəkətverici qüvvəsi, təhlükəsizliyin olmaması isə müharibənin əsas səbəbidir.

Alimlər düşünür ki, imperializm millətçiliklə bağlıdır, çünki o, digər ölkələri özünə tabe etmək ideyası üzərində qurulub.

İrqçilik də həmçinin, Hitler Almaniyası nümunəsinin göstərdiyi kimi, millətçiliklə bağlıdır.

Belə müharibələrin misallarından biri Birinci Dünya Müharibəsidir.

5. Qisas

Tarixi haqqsızlıq kimi qavranılan şeyə görə cəzalandırmaq cəhdi, bir qayda olaraq, belə hallarda müharibənin başlaması üçün əsas motivə çevrilir.

Təəssüf ki, bu, tərəflərin bir-birinə qarşı sonsuz hərbi əməliyyatları zəncirinə gətirib çıxara bilər və dayanmaq da olduqca çətinləşir.

Qisas həmçinin millətçiliklə də bağlı ola bilər. Belə halda bir ölkənin insanları onların milli hisslərinə toxunulduğunu hesab edə bilərlər.

Tarixi olaraq, qisas Avropada bir çox müharibələrin əsas səbəbi olub.

Daha bir nümunə 2001-ci il sentyabrın 11-i baş vermiş terror hücumuna cavab kimi başlanan terrorizmə qarşı müharibə sayılır.

6. Vətəndaş müharibəsi

Belə müharibələr bir ölkə daxilindəki münaqişələrin olduğu təqdirdə baş verir. Bu münaqişələr müxtəlif məsələlərə aid ola bilər: ölkəni kim idarə etməlidir, ölkəni necə idarə etmək, ölkə vətəndaşlarının haqları və sair.

Belə münaqişələr çox vaxt müxtəlif qruplaşmalara daxil olan bir ölkənin vətəndaşları arasında qanlı qarşıdurmalara gətirib çıxarır.

Vətəndaş münaqişələri müstəqillik tələb edən separatçı hərəkatların fəaliyyəti ilə də yarana bilər.

Misal olaraq, amerikadakı 1861-1865-ci illərin Vətəndaş müharibəsini və ya Rusiya, yaxud İspaniyada olmuş vətəndaş müharibələrini götərmək olar.

7. İnqilablar

Bu, əhalinin bir hissəsinin ölkənin idarə olunma tərzi xoşlarına getmədiyi halda, hakimiyyətdə olan bir qrupa və ya insana qarşı çıxdığı zaman baş verir.

İnqilablar əhalinin bir qisminin iqtisadi çətinlikləri və ya insan qruplarına münasibətdə haqsızlıq daxil, müxtəlif səbəblərdən baş verir.

Bu faktorlara başqa faktorlar, məsələn, digər ölkələrlə olan qeyri-populyar müharibələr də əlavə oluna bilər.
İnqilablar çox vaxt vətəndaş müharibələrilə nəticələnir. Misal olaraq ötən əsrin əvvəlində Rusiyada baş verənləri göstərmək olar.

8. Müdafiə müharibəsi

Müasir dünyada hərbi aqressiya daha tez-tez qınanılır, buna görə də ölkələr çox vaxt aqressora və ya potensial aqressora qarşı özünümüdafiə məqsədilə müharibə aparmağa məcbur olduqlarını bəyan edirlər.

Yəni ölkələr bəyan edir ki, onlar önünü alan zərbə endirirlər: onlar bizə hücum etməmiş, biz onlara hücum edirik.

Samirə Məmmədova