nasa-astronavtlarin-aya-enisine-gore-xerclerini-aciqlayib

NASA astronavtların Aya enişinə görə xərclərini açıqlayıb

NASA-nın rəhbəri Ceyms Braydenstayn bildirib ki, insanın Aya dönüş planlarının realizasiya xərcləri planlaşdırılandan qat-qat aşağı çıxa bilər.

İnsider.az “TASS”-a istinadən bildirir ki, bu barədə Braydenstayn jurnalistlər üçün telefon brifinqi zamanı iyulun 15-i xəbər verib.

Onun sözlərinə görə, əgər əvvəlcə ümumi xərclərin 20-dən 30 milyard dollara qədər təşkil edəcəyini bildirmişdisə, hazırda bəzi partnyorluqların inkişafı ilə bağlı olaraq bu, əhəmiyyətli dərəcədə az da ola bilər.

O, əlavə edib ki, NASA Aya astronavtların enişinə dair layihə üzrə xərclərin bir qismini layihənin həyata keçirilməsində bu və ya digər şəkildə iştirak edəcək başqa ökələr də öz üzərinə götürəcəklər.

Həmçinin Braydenstayn NASA-nın Aya pilot tərəfindən idarə olunan uçuş üçün ağır “Space Launch System” raketini və “Orion” gəmisini istifadə etmək planlarını təsdiqləyib. Bundan başqa, o xatırladıb ki, ABŞ Ayda ilk növbədə qadın astronavtını düşürməyi planlaşdırır.

Samirə Məmmədova