Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir, MR ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Məlumata görə, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.
İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.
Qafqazinfo