Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev fəxri senator titulundan məhrum edilib.
İnsider.az bu barədə APA-ya istinadən xəbər verir.
Qızı Dariqa Nazarbayeva Senatın sədri olarkən Nursultan Nazarbayevə bu fəxri ad verilib.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, "Birinci Prezident - Elbası haqqında" qanun qüvvədən salınacaq. Konstitusiyadan fəxri senator titulunun çıxarılması səbəbi ilə ölkə parlamentinin reqlamentindən də bu hissə çıxarılıb.