"Bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır".
İnsider.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində bildirib.
O qeyd edib ki, ölkənin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir:
"Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram".
APA