nazir-azerbaycana-qarsi-her-hansi-tehdid-olarsa-buna-adekvat-cavab-verilecek

Nazir: Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək

“Ermənistanın revanşist və ya əməkdaşlıq seçimini etməsi artıq bu ölkənin özü və vətəndaşlarının gələcəyi üçün verdiyi qərar olacaq. Azərbaycan tərəfdaşlığa və əməkdaşlığa yönəlik qərarları hər zaman müsbət cavablandırmağa hazırdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək.