Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov ilk dəfə deputat seçilən bəzi şəxsləri tənqid edib.
İnsider.az xəbər verir ki, S.Şərifov bildirib ki, bəzi yeni seçilən deputatlar 2019-cu ilin büdcəsinin icrası barədə layihədə münasibətini açıqlayıb.
“Yeni seçilən deputatlar deyirlər ki, layihədə izahat yoxdur. Kimsə özünü təsdiq etmək istəyirsə, buyursun suallarını ünvanlasın. Biz onları qəbul da edə bilərik” - deyə S.Şərifov əlavə edib.