nazirden-sosial-qaygi-ile-ehate-olunanlarla-bagli-aciqlama

Nazirdən sosial qayğı ilə əhatə olunanlarla bağlı AÇIQLAMA

“2020-ci ilin dekabr ayından indiyə kimi 12 min şəhid ailəsi və müharibə iştirakçıları sosial qayğı ilə əhatə olunub”.

Bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:

“Onlara təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşğulluq praqramı çərçivəsində məşğulluq proqramlarına cəlb edilib.

Üç mindən artıq ailəyə isə sosial-psixoloji dəstək göstərilib, eyni zamanda reabilitasiya xidmətlərinə cəlb edilib”.

Oxu.Az