nazirlik-resmisi-agdamda-dram-teatri-dagidilmis-sekilde-saxlanilacaq-foto

Nazirlik rəsmisi: “Ağdamda Dram Teatrı dağıdılmış şəkildə saxlanılacaq” - FOTO

“Ağdamda Dram Teatrı dağıdılmış şəkildə saxlanılacaq abidələrdən biridir”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova deyib.

O xatırladıb ki, erməni vandalizminin iç üzünü dünyaya nümayiş etdirmək üçün Ağdamda açıq səma altında muzey kompleksi yaradılacaq.

Onun sözlərinə görə, Ağdamın İşğal və Zəfər muzeyində fərq onun açıq səma altında olmasıdır: “Çünki işğal olunan Ağdamdakı abidələr tamamilə dağıdılıb və sıfırdan bərpa olunması nəzərdə tutulan abidələr də var. Təəssüflər olsun ki, zamanında bəzi abidələrin pasportlaşdırılması ilə əlaqədar çox ciddi problemlər olduğu üçün həmin abidələrin ilkin görüntüləri vətəndaşlarımızın o zamanlar çəkdiyi kadrlardan ibarətdir. Lakin dağıntıların saxlanmasına səbəb məhz bu amil deyil. Bunun yeganə səbəbi erməni vandalizminin iç üzünü dünyaya təqdim etməkdir”.