Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,16 dollar və ya 0,28% azalaraq 56,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,11 dollar və ya 0,18% azalaraq 61,91 dollar təşkil edib.