Niderlandda dünyada ilk dəfə bankomatlar “Amber Alert” milli sisteminə qoşulub.
İnsider.az xəbər verir ki, “Amber Alert” sistemi (America's Missing: Broadcast Emergency Response abreviaturası olduğuna görə çox vaxt AMBER kimi yazılır) itkin düşən uşaqların axtarışı üçün nəzərdə tutulub. “Amber Alert” məlumatlarının yayılması üçün müxtəlif ölkələrdə radiostansiya, televiziya, internet və mobil rabitə servislərindən istifadə edilir. Bildirişlər, həmçinin yol elektron lövhələrinə və reklam ekranlarına yerləşdirilir. Ötən həftədən etibarən 300-dən çox Niderland bankının təsvirində itən uşaqların fotoşəkilləri nümayiş olunur.
Məlumata görə, aeroport, böyük ticarət mərkəzləri və populyar görməli yerlərin yaxınlığında quraşdırılan bankomatlar “In2Retail” operatoruna məxsusdur. Gələcəkdə əhatə dairəsinin genişləndirilməsi, o cümlədən digər operatorların bankomatlarının qoşulması planlaşdırılır.
İtkin düşən və ya oğurlanılmış uşaqların fotoşəkilləri ilə yanaşı, bankomatlarda vətəndaşlara smartfonlarda bildirişlər almaq üçün “Amber Alert” sistemində qeydiyyatdan keçməyi bildirən çağırışlar göstəriləcək.
©“ICTnews”