COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu COP29-da əsas prioriteti iqlim dəyişikliyi problemlərinin həllində biznesi cəlb etmək adlandırıb.
Bunu Milli Məclisin deputatı, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai “Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, maliyyə risklərinin artmasına baxmayaraq, imkanlar da artmaqdadır: "Bizneslərin töhfə verməsi üçün biz universitetlərimizi inkişaf etdirməli, "yaşıl innovasiyalar"ı dəstəkləmək üçün tədqiqatları təşviq etməliyik. Bu, nəinki artımı stimullaşdıran, həm də seqreqasiyanı azaldan yeni məhsullar və proseslər yaratmaq üçün ən son texnologiyaların və ideyaların tətbiqi deməkdir”.
O qeyd edib ki, Azərbaycan milli və beynəlxalq səviyyədə əməkdaşlığın, o cümlədən COP sədrləri üçlüyü ilə əməkdaşlığın gücləndirilməsinə sadiqdir.
Report