“Nike”, “Adidas” və “Converse” daxil 200-dən çox ayaqqabı şirkəti Çin mallarına yeni rüsumların ləğv edilməsi xahişi ilə ABŞ prezidenti Donald Trampa müraciət ediblər. İnsider.az bu barədə “CNN” telekanalına istinadla xəbər verir.
“Biz rüsumlarla bağlı bu tədbirin gələcəkdə iqtisadi müəyyənsizlik yaradacağından olduqca narahatıq. İqitsadi enmə, amerikan istehlakçılarının mallara görə hətta daha çox ödəməli olduqları təqdirdə belə, onlardan gələn xalis gəlirdən məhrum edəcək”, - bəyanatda deyilir.
Ayaqqabı şirkətlərinin fikrincə, yeni rüsumlar ABŞ vətəndaşlarının ödəyəcəyi gizli vergidir.
Xatırladaq ki, sentyabrın 1-dən ABŞ 300 milyard dollar həcmində Çin mallarına rüsumları 15%, 250 milyard dollarlıq mal qrupuna isə oktyabrın 1-dən 30% artıracaq.
Samirə Məmmədova