“Nike” yeni “Adapt Huarache” krossovkalarını təqdim edib – onları geyinənlər bağları “Apple Watch” və ya “Siri” səsli köməkçi ilə bağlayıb aça bilər.
İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.
Nəşr yazır ki, bu, 1991-ci ildə “Nike FitAdapt” texnologiyasının dəstəyilə çıxmış “Nike Huarache” modelinin təkmilləşdirilmiş variantıdır.
Tətbiqdə bir neçə rejim – məsələn, idmanla məşğul olmaq üçün daha sıx bağlanmanı ayarlamaq olar. Həmçinin istifadəçilər ayaqqabı altlığına quraşdırılmış işıq indikatorlarının rəngini seçə bilərlər.
“Adapt Huarache” krossovkaları 2019-cu ilin sentyabrında “SNKRS” tətbiqi və “Nike”-ın bəzi mağazalarında satışa çıxmalıdır. Ayaqqabının qiyməti açıqlanmır.
Qeyd edək ki, avtomatik ayaqqabı bağlanma texnologiyası Nike”-ın bu ilin əvvəlində təqdim etdiyi “Adapt BB” krossovkalarında istifadə olunur. Satış başlanğıcında krossovkalar 350 dollara idi.
Samirə Məmmədova