“Nissan” şirkəti magistrallarda “əlsiz” hərəkət imkanı ilə yarımavtomat idarəetmə funksiyasını əlavə edərək, “ProPILOT” şosse avtopilotunu yeniləyib. İnsider.az bu barədə “New Zealand Autocar”-a istinadla xəbər verir.
Bu avtopilot avtomobili sürücü köməyi olmadan daim sürətlə hərəkət etdirərək, avtomagistralda idarə edə biləcək.
Bununla yanaşı, istənilən manevr səsli siqnalla müşayiət olunacaq. Misal üçün, yerləşmə öncəsi sürücü əl ilə döndəricini yandırmalı olacaq. Həmçinin sistem sürücünün yola baxıb-baxmadığını müşahidə edir.
Sistemin funksionallığını kameralar, radarlar, ultrasəs sensorlar, GPS və yüksək icazəli 3D-kartların dəsti təmin edir.
Hələ ki, “Nissan” avtopilotu avtomagistrallara sərbət çıxa və ya ordan geri qayıda, eləcə də ikitərəfli hərəkəti olan sürətli avtomagistrallar, dolambac yollar və ödənişli yollardakı ödəmə məntəqələrinin girişinə hərəkət edə, tunellərdə çalışa bilməyəcək.
Qeyd edək ki, yeni texnologiya rəsmi olaraq, 2019-cu ilin payızında yapon “Nissan Skyline”-da təqdim olunacaq.
Samirə Məmmədova