nokia-telefonlarinin-melumatlari-finlandiyada-saxlanilacaq

“Nokia” telefonlarının məlumatları Finlandiyada saxlanılacaq

"Nokia" smartfonlarının buraxılış hüququna malik "HMD Global" şirkəti elan edib ki, Sinqapurda yerləşən istifadəçi məlumatlarının Finlandiyaya daşınması prosesinə başlayacaq.

İnsider.az "ria.ru" saytına istinadən yazır ki, Finlandiyada ilk olaraq adı çəkilən şirkətin yeni modellərinin ("Nokia 4.2", "Nokia 3.2" və "Nokia 2.2") məlumatları saxlanılacaq, digər telefon modellərindəki məlumatlar "Android Q" əməliyyat sisteminə yenilənmədən sonra daşınacaq, bütün proses 2020-ci ildə başa çatacaq.

Finlandiya hakimiyyəti cari ilin martında "Nokia" brendinə məxsus telefonların istehsalçısı olan "HMD Global" şirkəti ilə bağlı fərdi məlumatların təhlükəsizliyi barəsində araşdırma aparıb. "Nokia 7 Plus" telefonlarının bəzi fərdi məlumatları Çinin "China Telecom" dövlət serverinə göndərməsi şübhə doğururdu. İstehsalçı etiraf etmişdi ki, bir sıra "Nokia 7 Plus" telefonları həqiqətən proqramlaşdırma səhvinə görə məlumatları göndərib, amma proqram təminatı yeniləndikdən sonra bu problem aradan qalxıb.

©"ICTnews"