“Mail.ru Group”-a daxil olan “Odnoklassniki” sosial şəbəkəsi öz saytı və tətbiqində sərbəst reklam satışına başlayıb. Xüsusi reklam kabineti üzərindən publikasiyaları qrup administratorları və adi istifadəçilər irəli çəkə biləcəklər.
İnsider.az bunu “Vedomosti”-yə istinadla xəbər verir.
Reklam kampaniyasını işə salmağın qiyməti 400 rubldan başlayır. Reklama kabinetinin özü isə sosial şəbəkələrdə minimum irəliləmə təcrübəsinə malik olan istifadəçilər üçün optimallaşdırılıb. Reklamçılar hədəf auditoriyasını yaş, cins, maraq, gəlir səviyyəsi və coğrafiya üzrə ayarlaya bilərlər.
“Odnoklassniki”nin özündən verilən izaha görə, onlar ilk növbədə reklam kabinetini internet-marketiqin detallı ayarları ilə məşğul olmaq imkanından məhrum olan kiçik biznes və kontent yaradıcıları üçün tərtib ediblər. Sərbəst reklam satışı hesabına sosial şəbəkə reklam gəlirlərini artırmağa niyyətlidir.
Samirə Məmmədova