onlayn-fotoredaktor-tertibatcisi-canva-70-milyon-dollar-celb-edib

Onlayn-fotoredaktor tərtibatçısı “Canva” 70 milyon dollar cəlb edib

Eyniadlı fotoredaktor tərtibatçısı olan Avstraliyanın “Canva” şirkəti Meri Mikerin “Bond Capital” vençur fondundan, o cümlədən “General Catalyst”, “Felicis Ventures” və “Blackbird Capital” investisiya şirkətlərindən 70 milyon dollar cəlb edib. İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.

“Canva” “Bond Capital”-ın ilk portfel aktivi oldu. Servis 2,5 milyard dollar dəyərində qiymətləndirilir.

“Canva” şirkəti 2012-ci ildə təsis olunub. Ümumilikdə maliyyələşdirilmənin yeni raundu hesaba alınmaqla, şirkət 166 milyon dollar cəlb edib. 2018-ci ildə şirkətin qiymətləndirilməsi 1 milyard dollara çatdı.

“Canva” servisi xüsusi bacarığı olmayan istifadəçilərə fotoları redaktə etmək və qrafik illüstrasiyaları yaratmağa imkan verir. Servisin ayda 15 milyon fəal istifadəçisi olur.

Samirə Məmmədova